Rusiya əleyhinə ikinci kiçik Ukrayna cəbhəsini yaratmağa cəhd elementləri açıq-aydın ortadadır-Tural İsmayılov- ÖZƏL

"Ümumiyyətlə, Brüsselin bu prosesdə hansısa töhfələri artıq real görünmür". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylara açıqlamasında bildirib:

"Çünki, nəzərə almaq lazımdır ki, daha əvvəl Aİ missiyasınıb rəhbəri formasında Ermənistan ərazilərində olan Markus Ritter və onun ətrafındakı adamlar Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hansısa töhfə vermək iqtidarında deyil. Bir tərəfdən Azərbaycan ümumiyyətlə, belə bir missiyanın fəaliyyətini yersiz hesab edir. Digər tərəfdən isə onsuz da Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin moderatorluğu altında Azərbaycanla Ermənistan arasında uğurlu danışıqlar gedirdi. Bu danışıqlar formatını da sabotaj edən, bloklayan məhz Ermənistan və onun təxribatçı hakimiyyəti olmuşdur. Ona görə belə bir provakator ölkənin, onun rəhbərliyinin Avropa İttifaqı ilə Rusiya və İran, Türkiyə, Azərbaycan əleyhinə növbəti hansısa işbirlikləri etməsi regiona ancaq gərginlik gətirə bilər. Hamıya bəllidir ki, hər gün Avropa İttifaqının mülki missiyası adı altında Ermənistan ərazilərindəki Qərbin casus kəşfiyyat şəbəkəsinin fəaliyyət dairəsi genişlənir. Onlar təkcə Ermənistan-Azərbaycan şərti sərhəddində durbinlə Azərbaycan əsgərini güdmürlər, həm də kəşfiyyat fəaliyyəti aparırlar. Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan ərazilərindəki Avropa İttifaqı missiyasını Azərbaycan, Türkiyə, Rusiya və İran əleyhinə kəşfiyyatçı fəaliyyət kimi dəyərləndirmişdi. Mən hesab edirəm ki, Paşinyanın apreldə Brüsselə dəvət edilməsi və eyni zamanda, Ermənistan ərazilərində Rusiya əleyhinə ikinci kiçik Ukrayna cəbhəsini yaratmağa cəhd elementləri açıq-aydın ortadadır. Bunlar təkcə Ermənistan dövlətçiliyinin özünün gələcəyini suallar altına almır, həm də Cənubi Qafqaz regionunda gərginlik ocaqlarının alovlanmağına səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31