Sülh ilə bağlı məsələlər Brüsseldə yox, Azərbaycan-Ermənistan şərti sərhədində həll olunur - ÖZƏL

"Mən Ermənistanın bu addımlarını özünə  Azərbaycanda aqressor, aqressiv dövlət, təcavüzkar dövlət imici yaradaraq, Qərbdə,  Avropada təhlükəsizlik qarantiyası axtarması hallarını müsbət qiymətləndirmirəm". 
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Ermənistana bu davranışlardan çəkinməyi məsləhət görürəm. Çünki bu, gərginliyi artıra bilən bir məqamdır. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim Ermənistana hərbi hücum həyata keçirmək fikrimiz yoxdur və bu bəyanatlardan sonra Brüsselə, yaxud başqa bir Qərb ölkəsinin şəhərlərinə səfər edib orada anti-Azərbaycan təbliğatı aparmaq və anti-Azərbaycan təbliğatının üzərindən Azərbaycan qorxusu formalaşdırmaq və Azərbaycan qorxusu üzərindən də kampaniyalar qurub, ölkəmizə qarşı siyasi təzyiqlər gerçəkləşdirməyə çalışmaq sülhə xidmət edən amil deyil. Ümumiyyətlə müasir tarixi 30 illik bir başqa dövlətə qarşı soyqırımlardan, faciələrdən, qırğınlardan ibarət olan Ermənistan, erməni xalqı və onun baş naziri əslində hələ   Xocalı, Qaradağlı, Meşəbəyli, Bağanis Ayrım kimi faciələr, bizim torpaqlardakı maddi-mədəniyyət abidələrinin, dövlət obyektlərinin, şəxsi evlərin dağıdılması, insanların məhv edilməsi, itkinlər, torpaqlarımızın minayla çirkləndirilməsi və s. saymaqla bitməyən  hadisələrə görə Ermənistana cavab verməlidir, nəinki bizdən, orada qorxulu bir dövlət, xalq obrazı yaradıb qarantiya istəmək. 
Sülh prosesi, sülh həll olunması kimi məsələlər Brüsseldə həll olunmur, burada həll olunur, Azərbaycan-Ermənistan şərti sərhədində həll olunur. Brüsseldəki hansısa təşkilatlar, şəxslər burda söz sahibi deyillər. Buranın söz sahibi Cənubi Qafqazda ən güclü dövlət olan Azərbaycandır və onunla razılaşmalı olan iki Cənubi Qafqaz ölkəsi var və eyni zamanda, Azərbaycanın  təklif etdiyi sülhə aparan ən uğurlu yollardan biri "3+3" formatıdır ki, bu Cənubi Qafqaz ölkələri, onun qonşuları, yəni dolayısı ilə Qafqaz evi ideyasıdır. Bu cür məsələlərə köklənmək lazımdır və Brüsseldəki axtarışlar, davranışlar bundan sonra Ermənistan parlamentinin sədri, Avronest Parlament Assambleyasında səfiri anti-Azərbaycan çıxışlar edib deyə yenidən tarixin arxivinə, zibilliyinə göndərilmiş "Dağlıq Qarabağ" ifadəsi termini gündəmə gətirib. Qarabağa ermənilərin qayıtması kimi absurd tələblər, iddialar irəli sürür və bunlar hamısı sülh prosesinə, sülh sazişinin imzalanmasına vurulan zərbədir və Ermənistanın bu addımlardan çəkinməsi daha məqsədəuyğun olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31