Bu il 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır
15 Mart 2024 11:41 Siyasət2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Olaylar xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında "Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatı"nı təqdim edərkən deyib.
Onun sözlərinə görə, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.
Baş nazir bildirib ki, ümumiyyətlə martın 1-dək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31