Baş nazir parlamentdə hesabat verəcək

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.

İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Hesabatı Ə.Əsədov təqdim edəcək.

Baş nazir Əli Əsədov və hökumət rəsmiləri toplantıda iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31