Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar - Ceyhun Bayramov

Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar.

Olaylar xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN rəhbərləri ilə Bakıda keçiriləcən üçtərəfli görüşün əvvəlindəki çıxışında deyib.

"Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından böyük rol oynayır. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar. Bundan əlavə, son illərdə regionda baş verən tarixi dəyişikliklər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsinin nəticəsidir", - deyə nazir bildirib.

C.Bayramov qeyd edib ki, regiondakı yeni reallıq regionun bütün potensialının istifadə edilməsi baxımından yeni perspektivlər vəd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31