Fransa dövləti istəsə idi, Xurşidbanu Natəvanın heykəlinin mühafizəsini təşkil edərdi-İlyas Hüseynov- ÖZƏL
11 Mart 2024 21:59 Siyasət"Fransa dövlətində korrupsiyaya qarşı etiraz aksiyaları baş qaldırır".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Digər tərəfdən fermerlərin, kənd təsərrüfat sahəsində işləyən şəxslərin hakimiyyət əleyhinə nümayişləri də uzun müddətdir ki, davam edir. Bütün bunlar onu göstərir ki, Fransada insan haqları pozulur. Eləcə də müxtəlif repressiv addımlar atılır, hakimiyyət demokratiya pərdəsini, öz siyasi məqsədləri üçün istifadə edir, öz ölkəsinin daxilində yarada bilmədiyi demokratiyanı başqa ölkələrdə axtarır. Aydındır ki, bu demokratiya yalnız öz şəxsi məqsədləri üçün istifadə olunmaqdadır. Digər tərəfdən qeyd edək ki, Fransada aqressiv düşüncəyə malik şəxslər də cəmiyyətin daxilində iflic vəziyyətini formalaşdırır və Fransa haqqında mənfi rəyləri genişləndirir. Bu xüsusda qeyd etməliyik ki, Evian-le-Ben şəhərində Azərbaycanın ədibi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm və barbarlıq hərəkətinin icrasından sonra eyni hərəkət təkrarlanıb. Heykəlin barmaqları qırılıb, üzərinə boya atılıb. Bütün bunlar əlbəttə ki, Fransa haqqında çox mənfi məcrada düşünməyimizə səbəb olur. Şübhəsiz ki, Fransa dövləti istəsə idi, Xurşidbanu Natəvanın heykəlinin mühafizəsini təşkil edərdi. Lakin belə görünür ki, onlar yalnız barbarlıq hərəkətini təşviq etməklə məşğuldurlar".