Prezident İlham Əliyev qazaxıstanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi barədə məlumatlandırıb
11 Mart 2024 19:54 SiyasətƏrazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə olunduğunu vurğulayanda dövlətimizin başçısı qeyd edib: "Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31