Biz Qarabağda qəti bir zəfər çalmışıq-Kazım Kazımov- ÖZƏL

"Paşinyan çox yaxşı başa düşdü ki, Ermənistan cəmiyyətində hələ də xəstə bir düşüncə var. Paşinyan özü də bu düşüncənin məhsuludur". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az  açıqlamasında bildirib:

"Onun Robert Koçaryandan, Serj Sarkisyandan ideoloji olaraq çox da bir fərqi yoxdur. Ermənistan cəmiyyətindəki bu separatçılıq xəstəliyi baş qaldırdığı  və onlar daxili ictimaiyyətdə ciddi bir rol oynadıqları üçün bu gün Ermənistan hökuməti də hər nə qədər özünü onlardan uzaq göstərməyə çalışsa da, əslində, onlarla eynidir. Onlar dünən Moskvanın himayəsi ilə bunları həyata keçirirdilərsə, bu gün Vaşinqton və digər Qərb mərkəzlərinin əli ilə separatçılıq rüşeymlərini torpağımızda yenidən canlandırmağa çalışırlar. Lakin bunların heç biri bu saatdan sonra olacaq deyil. Azərbaycan 1988-ci ildəki Azərbaycan deyil, nədə ki, beynəlxalq vəziyyət o deyil. Azərbaycan bu gün separatizmə hərbi, diplomatik gücü ilə son qoya bilən Azərbaycandır. Biz Qarabağda qəti bir zəfər çalmışıq. Cənab Prezidentin də dediyi kimi onların bu separatçılıq xülyaları bizim torpaqlarımızda baş qaldırmayacaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31