Qərbi Azərbaycan rəsmi olaraq tanınmalıdır-Əli Mustafa- ÖZƏL

"Qarabağdakı qondarma rejim artıq fəaliyyət göstərməli deyil. Təəssüf ki, onlar razılaşmaya əməl etmirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Son günlər bir neçə ölkənin səfirləri ilə görüşləri olub. Burda Qərb ölkələri, Fransa, ABŞ və digər ölkələrin adları hallanır. Bu, əvvəla razılaşmanın pozulmasıdır, ikincisi beynəlxalq hüquqa uyğun olmayan bir davranışdır. Separatçı rejim nə fəaliyyət göstərdiyi dönəmdə, nə də indi rəsmi olaraq mövcud deyil. Bununla hər hansı səfirliyin, dövlətin görüşməsi belə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməməsi faktı kimi dəyərləndirilə bilər. 
Digər tərəfdən Ermənistan höküməti bu məsələni anlamalıdır və normalda separatçıların bu cür fəaliyyətinə şərait yaradılmamalıdır. Çox təəssüf ki, sanki Ermənistan höküməti də bu məsələni görməzdən gəlir, qulaqardına vurur. Bütün bunlar Azərbaycan üçün müəyyən şanslar yaradır. Əgər Ermənistan Qarabağdakı separatçı bir rejimə, heç kimin tanımadığı, bilmədiyi quruma qucaq açacaqsa, şərait yaradacaqsa, başqa ölkələrin səfirləri də onu qəbul edəcəksə, o halda biz də adekvat addımlar atmalıyıq. Qərbi Azərbaycan məsələsini gündəmə gətirməliyik. Əgər erməni tərəfi qaydalara uyğun davranmırsa, düzgün oynamırsa, biz də Qərbi Azərbaycan məsələsini müzakirəyə çıxaraq. Qarabağdakı 100 min ermənidən söhbət gedirsə, Qərbi Azərbaycandan 5 milyon adam tarixi vətənindən qovulub. Onda, Azərbaycan dövləti rəsmi olaraq bu məsələni gündəmə gətirməlidir ki, Qərbi Azərbaycanı tanıyacaq və diqqət ayıracağıq. Dünya birliyini də çağıracağıq ki, Qərbi Azərbaycan məsələsinə diqqət yetirsin. İndiki Ermənistan respublikası bütövlükdə Qərbi Azərbaycan torpaqlarında yaranıb. Əgər 3-5 qotur erməniyə bunlar hansısa status tanıyıblarsa, həm də nəzərə alsaq ki, Qarabağdakı ermənilər oranın tarixi vətəndaşı deyil, onların hüquqları belə sayğılı formada təqdir olunursa, biz də milyonlarla Qərbi Azərbaycanın hüquqlarına sahib çıxmalıyıq. Onlara hörmət etməli və Qərbi Azərbaycan üzərindəki haqlarını tanımalıyıq. O halda indiki Ermənistan respublikası gedib özünə başqa bir yer axtarsın. Gedib başqa bir coğrafiyada yenidən özünə bir dövlət qursun. Bu məsələdə Azərbaycan tərəfinin kifayət qədər ciddi şansları var. Bunların nazı ilə çox oynamağa lüzum yoxdur. Əgər separatçıların fəaliyyəti birmənalə olaraq dayandırılmayacaqsa, onda Azərbaycan bu şanslardan istifadə etməlidir. Qərbi Azərbaycan rəsmi olaraq tanınmalıdır və Qərbi Azərbaycanlıların hüquqları müdafiə olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31