Bakı islamafobiyaya qarşı qlobal müqavimətin mərkəzi halına gəlib-Tural İsmayılov- ÖZƏL

"Azərbaycan artıq dünyada islamafobiyaya qarşı  mübarizə mərkəzlərindən biri halına gəlibdir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Ölkəmizdə ənənəvi formada müxtəlif tədbirlər çərçivəsində daim bu tip tədbirlər keçirilir. Bu gün Azərbaycanın dünyada ədalətdən, insan hüquqlarından danışan bir çox dövlətlər susmuşkən, neoimperizalizmə qarşı mübarizə aparması, islamafobiyaya qarşı mübarizənin əsas qalası halına gəlməsi ölkəmizin uğurları və qlobal potensialını növbəti dəfə göstərmiş olur. Əslində, bu gün Bakı islamafobiyaya qarşı qlobal müqavimətin mərkəzi halına gəlibdir. Ümumiyyətlə, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə, sonrakı dövrlərdə də BMT platformasından, həm də dünyanın bir çox platformalarından islamafobiyaya qarşı mübarizə aparmışdır. Bu gün də Azərbaycanda çağdaş dövrün insani hüquqları ilə əsla ayaqlaşmayan neoimperializm, neokolonializm, islamafobiya kimi Qərbin iyrənc sistemlərinə, ideologiyalarına qarşı mübarizə tədbirlərinin görülməsi, Bakıda tez-tez dəyirmi masaların keçirilməsi, Azərbaycanın bu tip haqsızlıqlara qarşı mübarizəni təşfiq etməsi, qlobal mənada bu mübarizəni ələ alması ölkəmizin potensialını göstərir. Yəni, Azərbaycan bu gün qlobal səviyyədə siyasi liderliyini gücləndirmək, yüksəltməklə yanaşı, mənəvi baxımdan da dünyanı narahat edən qlobalist şəbəkələrin, təhlükəli planlarının puç edilməyində əsas katalizatorlardan biri halına gəlibdir. Bu gün dünyada Azərbaycan öz multikulturalizm ənənələri ilə yanaşı, həm də dünyaya multikulturalizmi yayan  bir ölkə olaraq kifayət qədər öyrənilən və diqqət mərkəzində olan dövlətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31