Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan modeli formalaşıb - ÖZƏL
7 Avqust 2023 12:47 Siyasət"Bu gün vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan modeli formalaşıb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti ilə əlaqələndirilir:
"Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31