Separatçıların Azərbaycanla şərtlə danışması qəbuledilməzdir - ÖZƏL

"Separatçıların Azərbaycanla şərtlə danışması qəbuledilməzdir və onlarla heç bir məsələ ətrafında fikir mübadiləsi, müzakirə aparmaq olmaz". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Qarabağdakı Rusiya sülhməramlılarının xidmət ərazisində mövcud olan erməni separatçıların Vaqif Xaçaturyanın azad ediləcəyi təqdirdə Azərbaycanın humanitar yüklərin daşınması üçün təklif etdiyi Ağdam-Xankəndi marşrutuna razılıq verəcəyi barədə irəli sürdükləri şərtə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycanın humanitar yüklərin daşınması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan imtina etmək ermənilərin özü üçün fəlakət ola bilər:

"Nə qədər gec deyil Qarabağ erməniləri ağıllarını başlarına yığıb Azərbaycanın təklifini qəbul etməli, separatçıların təsir dairəsindən çıxaraq öz gələcək həyatlarını qurmalıdırlar".

Vaqif Xaçaturyanın azad edilməsi şərtinə gəlincə, Arzuman Muradlı deyib ki, Azərbaycan Vaqif Xaçaturyanı azad edə bilər: 

"Ancaq bir şərtlə. Arayik Arutunyan könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olsun. Onsuz da bu prosesin geci-tezi var. Sadəcə Arutunyan könüllü şəkildə təslim olarsa, o zaman onun cəzası bir qədər yüngülləşə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31