VHP siyahını yenidən nazirliyə təqdim edəcək - ÖZƏL

"Məlum olduğu kimi Vətəndaş Həmrəyliyi Partiyasının "Siyasi partiyalar haqqında" qanununa uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahı düzəliş üçün partiyaya geri qaytarılmışdı". "Olaylar"ın məlumatına görə, bunu deyən VHP təmsilçisi Samir Əsədlinin bildirdiyinə görə, Ədliyyə Nazirliyinin nöqsan kimi təqdim etdiyi şəxslər barədə məlumatlar araşdırılıb: "Reysterdə adları düz göstərilməyən və telefon nömrələri eyni olan şəxslər düzəldilib. VHP üzvü olmadığını bildirən və  adları digər partiyaların siyahısında yer alan şəxslərlə bağlı aydınlatma aparılıb. Bu günlərdə yeni siyahı Ədliyyə Nazirliyinə təqdim ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31