Azərbaycan istiqamətinə məqsədli şəkildə atılan bir güllə İranın sonunun başlanğıcı olacaq - ÖZƏL

"İran rəsmilərinin Azərbaycan əleyhinə ritorikalarının ciddiliyinə hesab edirəm ki, fikir vermək lazım deyil. Onların biri bizi hədələyəndə digəri Azərbaycan bizim gözümüzün nurudur deyir. Əslində bu sərt ritorika Azərbaycanı qorxutmaq, çəkindirmək məqsədi daşıyır və heç bir ciddi əsası yoxdur". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə,  İran rejimi məgər başa düşmür ki, Azərbaycan istiqamətinə məqsədli şəkildə atılan bir güllə belə onun sonunun başlanğıcı olacaq: "Doğrudur region qan gölünə dönəcək, amma bunun səbəbkarı biz olmayacayıq.  İndi dünyanın hansı zamanəsidir ki, hansısa bir dövlətin digər dövlətə hücumu cavabsız qalsın və ya ümumiyyətlə bu, mümkün olsun, hələ Azərbaycan kimi güclü müttəfiqləri və ordusu olan bir dövlətə qarşı". 
Politoloq hesab edir ki, Tehranın Bakıya qarşı təhdidləri blefdir və bunun heç bir real tərəfləri yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31