"Azərbaycanla Kipr arasında əməkdaşlıq genişlənməlidir" - Samir Dübəndi - ÖZƏL

Olaylar.az xəbər verir ki, 27 fevral Bakıda Abşeron Marriot oteldə keçirilən KKTC tarixin yeni mərhələsində: "türk dilli dövlətlərə inteqrasiya fonunda təhsil və turizm imkanları ilə tanışlıq" adlı tədbirdə Azərbaycanda Ekoturizm Assosiasiyası sədri Samir Dübəndi çıxış edib.

Samir Dübəndi çıxışında Şimali Kiprlə Azərbaycan arasında turizm, təhsil və.s sahələrdə əməkdaşlığın genişlənməsinin lazım olduğunu vurğulayıb. Şimali Kiprin qədim, tarixi torpaqları olduğunu, inkişaf etməkdə olan ölkələrdən biri olduğunu bildirib. Azərbaycanla Şimali Kipr arasında nəqliyyat imkanlarının gözdən keçirilməsinin lazım olduğu və burada təhsil imkanlarının yaxşı olduğunu bildirib. "Azərbaycanlı tələbələr təhsil üçün Şimali Kipri gözdən keçirməlidir".

Çıxışdan sonra Şimali Kiprin məşhur otellərindən olan "Acapulco" otelin təqdimat mərhələsi başlayıb. Tədbir azərbaycanlı və kiprli qonaqların çıxışı ilə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31