Ermənistanı təxribata sövq edən Aİ missiyasıdır - ÖZƏL
23 Fevral 2023 10:15 SiyasətMüdafiə Nazirliyi Azərbaycan Ermənistan sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdən silahlı qüvvələrimizin mövqelərinin atəşə tutulmasını bildirdi. İlk öncə onu demək lazımdır ki, düşmənin hərbi aktivlik göstərməsi, bir müddətdir höküm sürən nisbi sakitlikdən sonra hərbi toqquşma riskini artırır.
Bu fikirləri "OLAYLAR"-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, Ermənistan silahlı qüvvələri ilə paralel olaraq separatçı qüvvələrin də eyni fəallığı göstərməsi ona işarədir ki, İrəvan rəhbərliyi sözdə olaraq Qarabağla bağlı iddialarından əl çəkdiyini bildirsə də, reallıqda bunun əksini nümayiş etdirir:
"Separatçıların hərbi ritorikadan çıxış etməsi isə ilk öncə sülhməramlı formatında varlığını davam etdirən Rusiyanın mövqeyinə zərbə vurur və Kremlin tərəflərə təsir imkanlarını zəiflədir. İki ölkənin sərhədində baş verən proseslər isə tamamilə fərqli məqsədlərə hesablanmış davranışdır. Bunu bildirmək də fayda var ki, rəsmi Moskvanın etirazlarına baxmayaraq, artıq Aİ missiyası Ermənistanda xidmət aparır və məlum missiyasının əsas fəaliyyət istiqaməti kimi sülhyaratma prosesinə tövhə vermək olduğu bildirilir. Lakin belə bir sual yaranır ki, İrəvan hakimiyyəti missiyasının gözü önündə bu kimi təxribatları icra edəcək cəsarəti hardan alır?"
AVP rəsmisi hesab edir ki, Ermənistan rəhbərliyini təxribatlara sövq edən və mümkün vəziyyəti gərginləşdirməyə təhrik edən Aİ missiyasının özüdür:
"Həmçinin ordumuzun mövqelərinin atəşə tutulması, rəsmi Bakının məlum missiya ilə bağlı irəli sürdüyü fikirləri birdaha təsdiq edir. Digər tərəfdən qurumun mandatının tərkibi onunla bağlı şübhələri də artırır. 100 nəfərlik birliyin 50-si silahlı, 50- si mülki şəxslərdən ibarətdir. Görünən odur ki, rəsmi İrəvan Aİ missiyasını özü üçün təhlükəsizlik çətiri hesab edir və onlara arxalanaraq öz iddialarını reallaşdırmaq planları qurur. Lakin Azərbaycan üçün bunun heç bir fərqi yoxdur və ölkəmiz istənilən halda Ermənistana cavab vermək potensialına malikdir".