Azərbaycan strateji hədəflərinə doğru inamla addımlayır - ÖZƏL

"Beynəlxalq ictimaiyyət postmüharibə dövrünün reallıqlarını məhz Azərbaycanın haqlı mövqeyi fonunda dəyərləndirir".

Ermənilər Naxçıvanı və 4 rayonumuzu ATƏŞƏ TUTDU

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə,  Bakının təklif və təşəbbüsləri əsas götürülür: "Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır.  Yekun saziş ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər". Millət vəkili əlavə edib ki, Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil və strateji hədəflərinə doğru inamla addımlayır: "Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31