“Kitabi-Dədə Qorqud” dastanında Qərbi Azərbaycanın təbiəti... Baybörənin oğlu Bamsı Beyrəyin boyu...timsalında
16 Sentyabr 2022 09:56 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Bu boyun giriş hissəsində Oğuz bəylərinin yığnağında iştirak edən Qalın Oğuzun arxası, Bayandur xanın kürəkəni Salur Qazan haqqındakı ifadə onu göstərir ki, Dastanda cərəyan edən hadisələr müasir Bütöv Azərbaycanın həm Qərbi, həm də Şərqi hüdudlarında (bir-birinə coğrafi məkan baxımından bağlı, arxa-dayaq olan) baş vermişdir, həm də VII əsrdə- "...gedib Peyğmbərin üzünü görən, gələcək Oğuzlar içərisində ona tərəfdar çıxan, acığı tutanda bığlarından qan çıxan, bığıqanlı Bükdüz Əmən çaparaq yetişdi..." ("Salur Qazanın evinin yağmalanması boyu"ndan).
Dastan boylarında adı çəkilən antronimlər morfogenetik baxımdan yer-yurd adlarından qaynaqlandığı üçün əslində nəql edilən hadisələr, coğrafi məkan ismləri Cənubi Azərbaycandan Borçalı-Dərbənd hüdudlarına kimi yayılan təbii-coğrafi ərazilərin təsfiri, mənşəyi ilə eynilik təşkil edir. Kitabdakı Oğuz xanlarının, bəylərinin adı-təxəllüsü kökənli orotoponimlərdən və ya əksinə yaranmışdır.
Bığı qanlı Bükdüz Əmən Səlcuq-Oğuz tayfalarının "Böyük düz" göz işləyən genişlikdə məskunlaşan, yerli dil-şivə uyğunluğuna uğrayan "Bükdüz" qoluna mənsubdur ki, Qərbi Azərbaycanın Ağrıdağ düzündə, Şörəel mahalında Böyük Düz kəndi onların adından-soyundan yaranıb. Yazılı mənbələrdə bildirilir ki, Türkiyə Cumhuriyyəti ərazisində 27 kənd də Bükdüz-Büqdüz adlanır.
Bu baxımdan III boyda-Baybörənin oğlu Bamsı Beyrəyin boyu-nda nəql edilən hadisələrin məzmunu və mənası da istisna deyil. Belə ki, Qam Ğan oğlu Bayandur xan nəsil-soy şəcərəsinin yurdunu-ocağını, tayfa-nəsil mənsubiyyətini adında yaşadır, əski-ulu Türk qövmünün milli-genetik irsinə görə.
"Qam" sözü Oğuz-Səlcuq anlamında "sahib olmaq, tutmaq, əldə etmək, yiyələınmək" mənasındadır, döyüşkən, igid cəngəvarələrə malik tayfalardan biri "Qam bəyləri" (Qamboy), "Qam-xanları" (Qam Ğan) olub ki, sərhədsiz böyük köçlərdə, hərbi yürüşlərdə öndə gedən, yeni yurd-ocaq yapan igidlərdən nişanə qalıb-Qərbi Azərbaycanın Göyçə mahalında Dərəçiçək nahiyəsində Geğam kəndi (XIX əsrdə hay-daşnak quldurlarının basqını, XX əsrdə hay kilsəsinin təzyiqi ilə bu kənd yerlə yeksan edilmişdir), Göyçə gölünün qərb hissəsində uzanan Geğam (əski adı Əhmənqam-Əhməngəm) sıra dağları (uzunluğu 70 km, eni 48 km, ən uca zirvəsi Acıdağ, 3597 m)...
Şərqi Azərbaycanın Quba rayonunda Qamqam kəndi də antrotoponim kimi eyni məna daşıyır.
"...Bir yandan da tacirlər gəlib, böyük Dərbənd sərhəddində dayanmışdılar..."-deyilir III boyun bir yerində. Qərbi Azərbaycanın Dərbənd yaşayış məntəqəsi Osmanlı Türkiyəsi ilə Şörəel mahalı qonşuluğunda, Gümrü nahiyəsində, Arpaçay hövzəsində salınıb. 1878-ci ildə bu kəndə hay quldurlarının basqını nəticəsində yerli əhalini qovmuş, boşalan evlərə 1880-ci ildə İqdır-Qars mahallarından sürülən haylar yerləşdirilmişdir.
Şörəel mahalında Ağrıdağ-Alagöz vadisində Dərbənd kəndi 1728-ci il mənbələrində göstərilmişdir.
Bu mahalın ərazisində Gümrü nahiyəsinin düzən, yasamal hissəsində 1728-ci ildən xəritə və yazılı irs nümunələrində adı çəkilən Düzkənd kəndinin əhalisi 1918-ci ildə quldurbaşı hay-daşnak A.T.Ozanyanın (1865-1927), general M.M.Silikyanın (1862-1937)...amansız hücumları-qətliamları nəticəsində qovulmuş, Osmanlı Türkiyəsində yuva qurmuş hiyləgər hay sürüləri yerləşdirilmişdir, 1931-1950-ci illərdə nahiyə mərkəzi olmuşdur. Onun tərkibinə daxil olan yaşayış məntəqələrindən biri olan Bayandur kəndi Arpaçay çayının sağ sahilində yerləşir.
Oğuz elatının tacirlərinə hücum edən kafirlərə qarşı igidliklə döyüşən Boz oğlan ("Boz qurd" toteminin sinonimi-Q.Y.) orta əsrlərdən adı çəkilən "Bozdoğan eli"nə mənsub sələflərdən olduğu şübhə doğurmur. Döyüşkən, cəngavər, cəng meydanlarının özəyində qılınc çalan Bozdoğan (Bozdağan) igidlərinin (XIII əsrdə Anadolu yaylasının cənub-qərbində, Qoçhasar bölgəsində yaşamışlar, şərqi Türkiyədə Bozdoğan kəndi var) Alp-Ərən ruhu Boz oğlan(lar)dan törəmişlərr, desək səhv etmərik.
Qərbi Azərbaycanın Ağrıdağ vadisində, Arpaçay su anbarının cənub-şərqində, 3-5 km aralıda yerləşən Bozdoğan kəndinin etnik-kökənli əhalisi (350-400 nəfər) 1850-ci ildə hay kilsəsi tərəfindən qovulmuş, yurd-ocaqlarında xarici (xaric) haylar yerləşdirilmişdir.
Bamsı Beyrəyin adını yaşadan toponimlərdən Beyrəkkənd-Zəngibasar mahalında, İrəvan xanlığı ərazisində 1728-ci ildən məlumdur, Dərələyəz mahalındakı Beyrəktabi kəndi ("Beyrək kəndinə tabe olan"), eləcə də Sürməli nahiyəsindəki Böyrək kəndi eyni mənalı antrotoponimlərdir.
"Baybörənin oğlu Bamsı Beyrəyin boyu"nun giriş hissəsində Dədə Ozan ərz edir ki, Qam Ğan oğlu Bayandur bəyin Qara yerin üstündə qurduğu məclisdə iştirak edən Oğuz xanlarından Baybican bəy də xahiş edir ki, onun da övlad istəyi üçün Allah-Təaladan dua edilsin...
"Baybican"("Baybucan") antrotoponimi də Qərbi Azərbaycanın tarixi-coğrafi hüdudlarında özünə doğmalıq, varislik qazanmışdır. Qərbi Zəngəzur mahalının Qarakilsə nahiyəsində Baybucan dağı, Borçalı mahalında Bucan-Ər dağı... oronim kimi oxşar etnik-morfogenetik əsaslıdır.
Dağıstan mahalında, Tabasaran nahiyəsində və Gürcüstanın Tionetı bölgəsində də hidronim kimi Bucançay çayı... doğma tarixi-coğrafi mənşə mənsubiyyətini ifadə edir.
Baybican qızı Banuçiçəyin qardaşı Dəli Qarcar Dastanda ötkəmliyi, dəlisovluğu, "halaypozanlığı"...baxımından "sağını-solunu","danışığını-dərkini" bilməyən kimi təsvir edilir-"Düyün qanlı olsun, Xan qızı" qarğışını da o edir bacısına.
Amma, xalq etimologiyasında unudulmayan milli-genetik Dastan yaddaşının nümunəsi toponimlərimizdə (antro-orotopoonimlərdə) də öz əksini tapmışdır. Belə ki, Göyçə gölünün cənub-qərbində (5-8 km aralı), Qaraqoyunlu-Yeni Bəyazid nahiyələrində, İrəvan şəhərindən 103 km məsafədə yerləşən Dəliqardaş (1728-ci il mənbələrində Dəli Qardaş) kəndinin əhalisi bütünlüklə 1919-cu ildə hay-daşnak ünsürləri tərəfindən doğma yurdlarından qovulmuş, 1920-ci ildə Qars, İqdır, Ərzurum... vilayətlərindən sürülən haylar yerləşdirilmişdir (hayların ilk dəstəsi isə1830-cu illərdə bu ərazilərə köçürülüb). Dəliqardaş kəndinin əhatəsində, yaxınlığında Türk-Müsəlman mənşəli Qul Əli, Kuzəcik, Kərimkənd, Kosaməmməd kəndləri olub.
Dəliqardaş kəndi qədim tarixə malikdir. Burada qədim Alban məbədi tikilib, IX-X əsrlərə aid zinyət-bəzək əşyaları, şüşə, keramika nümunələri və metal əmək alətləri tapılıb
Gümrü nahiyəsindəki Dəlidağ (3196 m) orotoponim kimi Bütöv Azərbaycan hüdudlarında geniş yayılmışdır.
Dastan dilinin bildirməsinə görə, kafir cəsuslar Baybican bəyin qızı Banıçiçəyin Beyrəyə verməsi və toy barədə xəbəri Baybur hasarının bəyinə çatdırırlar-"Yarımasın kafirin cəsusu, bunları görüb, getdi Bayburd hasarının bəyinə xəbər verdi, dedi:
-Nə oturursan sultanım, Baybican bəy o sənə verəcəyi qızı Beyrəyə verdi. Bu gecə gəlin gedəcəkdir."
Bəs, VII əsr hadisələrinin cərəyan etdiyi Bayburd hasarı (qalası) harada yerləşir?
Ümumiyyətlə, "Bayburt" antrotoponimi əski Oğuz-Türk dillərində "Bəylərin yurdu" mənasında olmaqla Mərkəzi və Orta Asiyada, Anadolu yaylasında (Qars əyalətində) da geniş yayılmışdır (Baykal gölünün cənub hissəsindı Bayanqol şəhəri yerləşir.
Qərbi Azərbaycanın Şərur-Dərələyəz və Zəngibasar hövzələrində (İrəvan xanlığında, Soyulan nahiyəsinin Cəhriçay sahilindəki Almalı kəndinin cənubunda (2 km məsafədə qədim Bayburt yurdu), eləcə də Qərbi Zəngəzurda (Gorus şəhərindən şərqə tərəf 8 km aralı Almalı kəndi hövzəsində "Bayburt ocağı") "Bayburt" toponimlərinin yaranma tarixi XI-XII əsrlərə aid olduğu bildirilir.
Anadolu yaylasında Ərzincan yaxınlığında Bayburt qalasının, Qızılbaş tayfaları arasında Bayburtlu qolunun... da adları çəkilir
Kitab boyu, eləcə də III boyda istər təbiət-landşaft, yer-yurd ocaqlarının təşbehli təsviri olsun, istərsə də Oğuz bəylərinin təxəllüsü olsun, daha çox zənginlikdən doğan ifadələrlə işlədilir-"Boz ayğırlı Bamsı Beyrək", "Keçi başlı Keçər ayğır", "Toğlu başlı Duru ayğır","Qatar-qatar dəvələr", "Dönəbilməz tülək vuran"..., eləcə də güllü-çiçəkli, "od tutub yanan laləzarlıq", "dibi görünməz dərələr"...
Təsadüfi deyil ki, Gorus nahiyəsindəki Almalı kəndi-"Bayburt ocağı" 1580 m yüksəklidə yerləşir, 3 km uzunluğunda dərin, kollu-koslu dərələrlə əhatələnib, qaya-meşəliklərlə, çılpaq düzənliklərlə örtülüdür. Qədim maddi-mədəni irs ocaqları ilə (mağara, qala tikililəri, qədim qəbir daşları və qəbirstanlıqlar, məbəd qalıqları, döyüş yerləri...) məşhurdur.
Beyrəyin dostları ilə "odasında yeyib-içməyi, şənlənməyi"nin coğrafi məkanı kimi bu ocağı nişan verən və tarixi yurd yeri kimi yaşadan "Udfan" orotoponimi "Oda məkanı" mənasında olmaqla, İ(ü)çmüəzzin nahiyəsində eyni adlı kəndə uyğun gəlir. 1918-ci ildə hay quldurları basqın edərək bu kəndin əhalisi qovmuş, yurd-yuva isə yer üzündən silinmişdir.
Kitabın ümumi ideya-fəlsəfi məzmununa, coğrafi əhatə miqyasına, hadisələrin epik-dastan siqlətinə uyğun olaraq bu boyda da təsvir edilən Oğuz mədəniyyətinin VII-X əsr formalaşma mərhələsi Bütöv Vətən hüdudları timsalında müasir dövrün əski tarixi-coğrafi irsini təşkil edir. İlk növbədə milli, etnogenetik mənşə baxımından yer adlarımızın timsalında, çünki minilliklər keçsə də Dil, Vətən dəyişmədiyi kimi Milli Adlar da dəyişməz qalır, Ünvan bildirir- "Kitabi-Dədə Qorqud" boylarında olduğu kimi...
(ardı var)
R.S. XV-XVI əsrlərin yazılı mənbələrində adı çəkilən Türk-Müsəlman mənşəli Qarakilsə (başqa adı Birinci Qarakilsə) kəndinə XIX əsrin sonlarında Osmanlı Türkiyəsinin Sis bölgəsindən köçürülən hay sürüsü kökənli əhalini 1904-1920-ci illər ərzində qovmuşdur, bu yaşayış məntəqəsi 1935-1940-cı illərdə "Sisavan", 1940-cı ildən sonra "Sisyan" adlanmış və nahiyə mərkəzi olmuş, tərkibinə daxil olan yaşayış məntəqələrindən biri də Bayandur kəndi idi.
Arpaçay hövzəsindəki Bozdoğan kəndi 1935-ci ildən-"Sarakap", Düzkənd nahiyə mərkəzi 1945-cı ildən-"Axuryan", Dəliqardaş kəndi 1935-ci ildən-"Saruxan" (hay inqilabçısı O.Saruxanyanın (1882-1920) soyuna görə), Gorus nahiyəsinin Almalı kəndi-"Xndzorut", Soyulan nahiyəsinin Almalı kəndi-12 noyabr 1946-cı ildən "Xndzorut", Soyulan yaşayış məntəqəsi 1956-1994-cü illərədək-"Əzizbəyov", sonra isə "Vayk".. adlanır.