"Erməni hərbçilərin təhvil verilməsi sülh prosesinə uyğun addımdır"
9 Sentyabr 2022 14:08 SiyasətOlaylar.az xəbər verir ki, Azərbaycan 5 erməni hərbçini Ermənistana təhvil verib. Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli bildirir ki, "Erməni hərbçilərin geri qaytarılması daha öncə Brüsseldə əldə olunan razılaşmanın tərkib hissəsidir. Sülh sazişinin əldə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bütövlükdə prosesin tərkib hissəsi kimi, Azərbaycan ərazisində cinayət törətdikləri üçün saxlanılan erməni əsilli şəxslərin Ermənistana təhvil verilməsi mahiyyət etibarı ilə humanitar sahədə əldə edilən razılaşmanın bir hissəsidir. Bu, qeyri-adi hal deyil. Azərbaycan bir daha sülh prosesinə sadiqliyini nümayiş etdirir. Qalib ölkəyə layiqli addımlar atır. Ümid edirəm, bundan sonraki proseslərdə Ermənistan da adekvat addımlar atacaq".