ABŞ-dan Azərbaycanın 5 erməni hərbçisinin Ermənistana təhvil verməsinə MÜNASİBƏT

ABŞ Dövlət Departamenti Azərbaycanın 5 erməni hərbçisinin Ermənistana təhvil verməsini alqışlayır.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays "Twitter"də bildirib.

"Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək", - deyə mətbuat katibi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31