Aİ-nin Azərbaycandakı nümayəndəliyində bayraqlar yarıya qədər endiriləcək

Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyində bayraqlar yarıya qədər endiriləcək.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

"Kraliça II Elizabetin vəfatı ilə əlaqədar dünyanın bütün nöqtələrindəki Avropa İttifaqının nümayəndə heyətləri bayrağı yarıya qədər endirəcəklər.

Ülyahəzrətin vəfatı ilə bağlı bu matəmdə kraliçanın ailəsinin və Birləşmiş Krallıq xalqının yanındayıq", - deyə Borrell bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31