“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi mütərəqqidir - Deputat
8 Sentyabr 2022 16:45 Siyasət"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi mütərəqqidir. Çünki bu layihənin hazırlanmasına əksər partiyalar cəlb olunub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, artıq 39 siyasi partiya bu layihəyə öz təkliflərini verib: "Bu proses layihənin konseptual olmasını şərtləndirən əsas amillərdəndir. Digər bir məqam isə qanun layihəsi ilə bağlı ictimai dinləmələrin təşkilidir. Artıq Milli Məclisin saytında ictimai dinləmələrlə bağlı elan yerləşdirilib. Milli Məclis prosesə demokratik yanaşır və bütün maraqlı tərəflərin layihənin müzakirəsinə cəlb olunması istəyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31