EkoAvrasiya nümayəndə heyəti işğaldan azad edilən ərazilərə səfər edəcək

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) nümayəndə heyəti Azərbaycanın erməni işğalından azad edilən ərazilərinə səfər etməyi nəzərdə tutub. Bu barədə məlumatı "OLAYLAR"-a EkoAvrasiya-nın İdarə Heyətinin sədri Hikmet Eren verib. O bildirib ki, əslində rəhbərlik etdiyi qurumun nümayəndə heyəti bir neçə dəfə azad edilən ərazilərə səfər etməyi planlaşdırıb: "Bu ilin iyun ayında, həmçinin sentyabr ayında Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etməyi nəzərdə tutmuşduq. Lakin bəzi texniki məsələlər səbəbindən səfərimizi ertələməyi qərara aldıq. İnşallah 2023-cü ildə bu səfəri həyata keçirəcəyik".

Qeyd edək ki, EkoAvrasiya nümayəndə heyətinin işğaldan azad edilən ərazilərəmizə səfərləri çərçivəsində Şuşa başda olmaqla bir sıra şəhər və rayonlarda olması gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31