Cəmiyyətdə siyasi partiyaların rolunun artması siyasi mədəniyyətin formalaşmasına gətirib çıxaracaq - Özəl

"Siyasi partiyalar haqqında yeni qanun lahiyəsinin hazırlanması çox zəruri bir məsələdir və bunu ölkəmizdə  aparılan islahatların tərkib hissəsi hesab edirəm". Bunu "Olaylar"a deyən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun sözlərinə görə, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra,  1992-ci ildə Milli Məclisdə  tələm -tələsik  "Siyasi partiyalar haqqında" qanun qəbul olundu və qısa bir zaman ərzində adı olub özü olmayan  xeyli partiya dövlət qeydiyyatından keçdi və "fəaliyyətə" başladı. Bu da Azərbaycanda siyasi mədəniyyətin formalaşmasına və  siyasi partiyaların elektoratlarının yaranmasına ciddi zərbə vurdu: "Siyasi partiyaların birinin digərindən fərqi onların ideyaloji  baxışlarına görə olur. Məsələn, sağ, sol, liberal, mərkəzçi, millətçi və s. Əgər bir neçə partiya eyni  ideologiyaya və platformaya malikdirlərsə, onların  müxtəlif adlar altında fəaliyyət  göstəmələrinə nə ehtiyac var? Belə halların möcudluğu qüsurludur, cəmiyyəti parçalayır və milli birliyi zəiflədir. Ümüd edirəm ki, qəbul olunacaq yeni qanun lahiyəsində qeyd etdiyim məsələlər öz əksini tapacaqdır. Cəmiyyətdə siyasi partiyaların rolunun artması Respublikamızın daha da demokratikləşməsinə, siyasi mədəniyyətin və siyasi elektoratın formalaşmasına gətirib çıxaracaqdır. Bundan da yararlanan Azərbaycan vətəndaşları olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31