Atəşkəsi pozmaqla Ermənistanın heç bir siyasi niyyəti reallaşmayacaq - Politoloq - Özəl

"Ermənistanın atəşkəsi mütəmadi pozması, xüsusilə Brüssel görüşündən sonra belə halların intensivləşməsi konkret olaraq bu ölkənin siyasi planlarından irəli gəlir". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Brüsseldə müəyyən razılaşmanın əldə edilməsinə baxmayaraq yenə də prosesləri uzatmaqla vaxt qazanmağa çalışır: Təbii ki, bunun əsas qayəsi Azərbaycana qarşı ərazi iddiasıdır. Xüsusilə, status məsələsini qabartmaq, Minsk qrupu formatını reallaşdırmaq istəyi kimi məsələlərlə Ermənistan tərəfi bütün sülh prosesini pozmağa çalışır. Xüsusilə dördüncü Brüssel görüşündən sonra Ermənistan tərəfindən atəşkəsin intensiv şəkildə pozulması bunu deməyə əsas verir. Məlum olduğu kimi Brüsseldə tərəflər üzərlərinə öhdəlik götürmüşdülər, konkret olaraq Ermənistan Azərbaycanın təkliflərini yerinə yetirəcəyinə söz verçişdi. Hətta Baş nazir paşinyan ilin axırına kimi sülh müqaviləsinin bağlanmasına hazır olduğunu vurğulamışdı. Amma göründüyü kimi Baş nazir birmənalı şəkildə manipuliyasiya edib, manevr imkanlarını işə salaraq Vaçinqton-Brüssel və Moskva arasında var-gəl etməyə başlayıb. Rusiyada başqa fikir söyləyib, Brüsseldə tamamilə başqa fikir. Yerevanda isə faşist əhval-ruhiyədən çıxış edib. Təbii ki, baş nazirin bu manevrləri Azərbaycan üçün heç nəyi dəyişməyəcək. Əsas odur ki, Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib, yerdə qalan problemləri həll edir. Sülhün əldə edilməsi üçün də Ermənistana təzyiqləri istisna etmir. Çünki, Ermənistanın bu kimi planları region üçün təhlükəsizlik riskidir. Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməklə regionda sülhün təmin olunması istiqamətində də geopolitik plan həyata keçirir. Buna Qərb də dəstək verir. Amma Ermənistan bütün bunlara rəğmən Qərbin siyasi dəstəyini almaəın baxmayaraq Qərbin də geopolitik siyasətinə qarşı çıxır. Buna baxmayaraq Ermənistan sülh prosesini uzatmağa macal tapmayacaq, atəşkəsi pozmaqla heç bir siyasi niyyəti reallaşmayacaq".       

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31