"Bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik" - Yaponiyanın Azərbaycandakı səfiri
7 Sentyabr 2022 19:22 SiyasətAzərbaycan ilə Yaponiya əlaqələri uğurla inkişaf edir.
Olaylar.az bildirir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bildirib.
"Bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Qısa müddətdə belə güclü diplomatik, eləcə də iqtisadi əlaqələrin qurulması təqdirəlayiqdir", - səfir deyib.
Vada qeyd edib ki, iqtisadi və humanitar sahələrin bir çoxunda belə uğurlu əməkdaşlıq hər iki ölkənin birgə fəaliyyətinin nəticəsidir.
Səfir bundan sonra iki ölkə arasında əlaqələrin daha da məhsuldar olacağına ümid etdiyini bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31