Anar Bağırov: "Gənclərlə iş Vəkillər Kollegiyası üçün prioritet məsələlərdən biridir"

"Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində islahatlar aparılır, o cümlədən gənclər siyasəti də uğurla həyata keçirilir. Məlum olduğu kimi, Vəkillər Kollegiyasında islahatlar aparılır, vəkillik böyüyür, güclənir, gəncləşir və müasirləşir". "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Sədr  qeyd edib ki, son illər fəaliyyətə başlayan yeni vəkillər əsasən gənclərdən ibarət olur: "Bu bizi çox sevindirir, ruhlandırır. Qəbul etdiyimiz qərara əsasən, oktyabr ayından etibarən Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzində "vəkillik məktəbi" fəaliyyətə başlayacaq. İstənilən tələbə, gənc hüquqşünaslar həmin məktəbdə təlim keçə biləcək. Burada məqsədimiz odur ki, gənc hüquqşünaslarda hüquqi təcrübə bilikləri artırılsın. Eyni zamanda həmin məktəbdə iştirak edən hüquqşünaslar gələcəkdə vəkil köməkçisi vəzifəsinə təyin olunacaqlar. Gənclərlə iş bu gün Vəkillər Kollegiyası üçün prioritet məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31