Prezident İlham Əliyev Fərman imzalayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyəti azaldılıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası fəaliyyətinin təşkili məqsədilə yaradılan Şuranın Katibliyinin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Nazirlər Kabineti Şuranın Katibliyinin tərkibini müəyyən edəcək.

Bu vaxta qədər həmin səlahiyyətlər Mərkəzi Bankda idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31