“Qərbin Kiyevə müasir silahlar göndərməsi gedişata təsir etməyəcək” –PESKOV

"Qərbin müasir silahlarının Kiyevə tədarükü Rusiyanın xüsusi əməliyyatının gedişatına təsir etməyəcək. Əməliyyat öz məqsədlərinə çatacaq".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukraynanı ən müasir silahlarla doldurulmağa davam edirlər. Belə tədarüklər Ukraynaya daha çox əzab gətirəcək. Mən hələ bu silahlardan ərazimizdəki hədəflərə qarşı istifadə etməyə çalışdıqları zaman yarana biləcək arzuolunmaz ssenarilər haqqında danışmaq istəmirəm", - Peskov deyib.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31