Putin imperator 1-ci Pyotrun yubileyində iştirak edəcək –"Avropaya pəncərəni bağlamaq fikrində deyil”

"Rusiya Avropaya pəncərəni bağlamaq fikrində deyil".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iyunun 9-u I Pyotrun anadan olmasının 350-ci ildönümüdür və yubiley tədbirlərində prezident Putin də iştirak edəcək.

Brifinqdə jurnalistin imperatorun Avropaya pəncərə açdığı və Rusiya rəhbərliyinin indi bu pəncərəni bağlayıb-bağlamayacağı sualına cavab olaraq Peskov deyib: "Heç kim heç nəyi bağlamağı planlaşdırmır".

"Putin tarixin dərin bilicisidir", - Peskov əlavə edib. Daha əvvəl Putin özü də bildirmişdi ki, Rusiya özünü təcrid etmək fikrində deyil və qarşılıqlı fəaliyyətə hazır olan tərəfdaşlarla işləməyə davam edəcək.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31