Komitə Milli Məclisə hesabat verəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə fəaliyyəti haqqında hesabat Parlamentə təqdim ediləcək. "Olaylar" xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məlumat verib. O qeyd edib ki, BMT-nin CEDAW Komitəsinə növbəti dövri hesabat hazırlanıb və iyun ayında təqdim ediləcək: "Hesabatlar 2006-cı ildə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun 20-ci maddəsinə əsasən hazırlanır. Bizim Milli Məclisdə təqdim edəcəyimiz 3-cü hesabatdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31