Ermənistan kosmosa peyk göndərdi: Bakıdan icazə alıb? - RƏSMİ AÇIQLAMA
2 İyun 2022 11:50 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan 25 mayda kosmosa ilk erməni peykinin göndərildiyi barədə xəbər yayıb.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nizamnaməsinə görə, peykin buraxılması üçün bütün üzv dövlətlərdən icazə alınmalıdır - o cümlədən, Türkiyə və Azərbaycandan.
Bəs icazə ilə bağlı Azərbaycana müraciət olunubmu? Bu müşahidə peykinin Azərbaycan təhlükəsizliyinə ziyanı varmı?
Məsələ ilə bağlı "Azərkosmos"dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, burada icazə beynəlxalq BTİ ilə razılaşdırılır:
"İcazələr ölkələr üzrə alınmır. Bunu Beynəlxalq Telekommunikasiya Birliyi tənzimləyir. Bu barədə Azərbaycana müraciət olunmayıb. Müşahidə peykinin isə Azərbaycanın təhlükəsizliyinə ziyanı yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31