Mustafa Şentop Azərbaycana gəlib - FOTO
2 İyun 2022 10:52 SiyasətTürkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti "İNCSOS-Qarabağ" 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün iyunun 2-də Azərbaycana səfərə gəlib.
Olaylar.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fazil İbrahimli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31