Azərbaycan və Türkiyənin birlikdə olması onları beynəlxalq güc mərkəzlərindən birinə çevirib

Azərbaycan-Türkiyə dostluq və qardaşlığı hər ötən gün daha da möhkəmlənir, daha da güclənərək yeni-yeni perspektivlər, imkanlar açır. Necə ki, yaxın və uzaq keçmişdə Azərbaycan və Türkiyə istər şad, istərsə də ağır, çətin günlərdə bir yerdə idi, hazırda da bu birlik, bərabərlik, bütün situasiyalarda iki qardaş ölkə olaraq birgə addımlamaq proseduru davam edir.

Azərbaycanla Türkiyənin bu dostluq, qardaşlığı, birgə strateji əməkdaşlığı öz növbəsində dünyaya, yaxın və uzaq qonşulara da nümunə, örnək olur. Bu qardaşlıq, əməkdaşlıq eyni zamanda hər iki ölkənin yerləşdiyi coğrafiyaya, regiona, ümumilikdə isə sülh və sabitlik, rifah gətirir. Çünki həm Türkiyə, həm də Azərbaycan hər zaman regionda, dünyada sabitliyin, süıhün tərəfdarı olub, bu və ya digər bir coğrafiyada qan tökülməsinə, münaqişələrin alovlanmasına qarşı olub. Elə bu günlərdə Bakıda keçirilən "TEKNOFEST" Azərbaycan festivalında iştirak edənn hər iki ölkə liderinin səsləndirdiyi mesajlardan da bu aydın şəkildə ifadə edilirdi. Sözügedən festivalın məhz Azərbaycanın Müstəqillik Gününə təsadüf etməsi və həmin taruxdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi isə bu səfərin əhəmiyyətini daha da artırır, ona xüsusi diqqət çəkirdi. Elə Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev də bu qənaətdədir. O bildirib ki, 28 may 2022-ci ildə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk qardaş və bacılarımız, 104 il əvvəl müsəlman aləmində ilk dəfə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) növbəti ildönümünü təntənəli surətdə, böyük coşqu ilə qeyd etdi. Partiya sədri tarixə nəzər salaraq deyib ki, Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Türkiyəmizin ölkəmizə göstərdiyi qardaşlıq yardımını həmişə yüksək qiymətləndirib və heç zaman unutmayacaq:

"Ona görə də, mübaliğəsiz demək olar ki, cəmi 23 ay yaşamasına baxmayaraq AXC həm Azərbaycan xalqının, həm də demək olar ki, qardaş Türkiyəmizin tarixində silinməz izlər büraxmışdır. Türkiyə əsl qardaşlıq nümunəsi göstərərək daim Azərbaycanımızn yanında olmuş, bu gün də belədir və bu özünü 44 günlük Vətən Müharibəsində əyani şəkildə sübut etmişdir. 28 may tarixində Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki: "30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir". İlham Əliyev xüsusi olaraq qetd etmişdir ki: "Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır...İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Partiya sədri vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Azərbaycan xalqının da Türkiyənin dar günündə onun yanında olduğunu qeyd etməsi, hər iki xalqın çətin gündə bir yerdə olduğunu bir daha xatırlatması xüsusi qeyd olunmalıdır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki:"1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq"

Teyyub Əliyevin sözlərinə görə, sevindirici halqdır ki, tarixi Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucalıb: "İlham Əliyevin dediyi kimi:"Bu müttəfiqlik özünü hər yerdə göstərir - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində". Azərbaycan və Türkiyənin birlikdə olması artıq onları beynəlxalq güc mərkəzlərindən birinə çevirib. Türkiyənin artan gücü Azərbaycanı, Azərbaycanın artan gücü Türkiyəni gücləndirir. Bu gün nəinki regionumuzda, həm də yaxın və orta şərqdə bu iki qardaş dövlətin rəyi nəzərə alınmadan hər hansı bir dəyişikliyin baş verməsi mümkün deyil".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31