Milli Məclisin növbədənkənar sessiyası ÇAĞIRILDI

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Olaylar  xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında qərar qəbul olunub.
 Belə ki, Milli Məclisin 42 deputatı qanuna uyğun olaraq, növbədənkənar sessiyanın keçirilməsi tələbi ilə parlament sədrinə müraciət edib.
 Spiker Sahibə Qafarova deputatların müraciətinə əsasən növbədənkənar sessiyanın çağırılmasına qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31