Azərbaycan və Türkiyənin dərman sənayesi brləşdirilsin- Deputat

Milli Məclisdə Azərbaycan və Türkiyənin dərman sənayesinin birləşdirilməsi təklif edilib. Olaylar  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa belə təkliflə çıxış edib. Deputat dərman sənayesi ilə bağlı problemlərin olduğunu söyləyib.  "Bəlkə, biz Türkiyə ilə bu sahədə əməkdaşlıq edək, dərman sənayemizi birləşdirək. İki dövlət, bir dərman, bir millət olaq. Bu gün biz onkoloji xəstəlikləri də icbari tibbi sığorta ilə əhatə etməliyik. Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burada zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur. Vətəndaş qalıb, burada ölür", - deputat çıxışında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31