"Ürəyimizin bir yarısı Şuşada, digər yarısı Bakıda qaldı" - FOTO
30 May 2022 21:13 SiyasətTürkiyənin "Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Azərbaycandan geri dönən "Akıncı" pilotsuz uçuş aparatı ilə bağlı paylaşım edib.
Olaylar.az bildirir ki, o, bu barədə "Facebook"da paylaşım edib:
""AKINCI PT-5" Azərbaycandan dönüş yolunda...
Bizə Bakıdan, Qarabağdan, Şuşadan, can Azərbaycan havası gətirir.
Ürəyimizin bir yarısı Şuşada, digər yarısı Bakıda qaldı".



sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31