Moldova Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
30 May 2022 18:42 SiyasətMayın 30-da Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Olaylar.az bildirir ki, telefon danışığı əsnasında Maya Sandu Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, enerji, iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31