Ceyhun Bayramov Bolqarıstana rəsmi səfərə yola düşüb

Mayın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasına rəsmi səfərə yola düşüb.

Olaylar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31