ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Azərbaycana səfər edib

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Azərbaycana səfər edib.

Olaylar.az ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən bildirir ki, ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlərdə və "Bakı Enerji Həftəsi" tədbirində iştirak etmək üçün 30 may - 2 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq.

Dövlət katibinin köməkçisinin müavini Laura Lokman Dövlət Departamentinin Energetika Resursları Bürosunun Enerji Diplomatiyası komandasına rəhbərlik edir. Energetika Resursları Bürosunun əsas vəzifələrdən biri ABŞ-ın Azərbaycanla və digər ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31