İrəvanda aksiyalar yenidən başlayıb
19 May 2022 11:39 SiyasətCümə axşamı səhər müxalifət İrəvanda vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
Bu haqda Ermənistan mətbuatı bildirir.
Fəallar bir çox küçə və meydanlarda toplaşıb.
Fəal qruplar Qaregin Njde meydanı, Komitas prospekti və Nor Nork inzibati rayonundan mərkəzə doğru hərəkət ediblər.
Müxalifət tərəfdarları "Nikolsuz Ermənistan", "Satqın, get" şüarları səsləndirirlər.
Artıq fəallar şəhərin mərkəzindəki Maştots prospektini, eləcə də Ajapnyak inzibati rayonundakı Markaryan küçəsini bağlayıblar.
Saat 19:00-da Fransa meydanında yenidən mitinq olacaq.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31