İstanbulda Heydər Əliyevin 99-cu ildönümü qeyd edilib- FOTO

Bu gün İstanbul Sarıyerdə Heydər Əliyev parkında ümummilli liderin anadan olmasının 99-cu ildönümü qeyd edib. 
Olaylar.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevi anma mərasimində Azərbaycanın İstanbul Baş Konsullu Nərminə Mustafayeva, sabiq Baş Nazir və sabiq Xarici İşlər Naziri Həsən Həsənov, bir sıra elm siyasət, sənət və iş aləminin nümayəndələri və Azərbaycan İstanbul icmasının fəal üzvləri iştirak ediblər. 
Ulu Öndərin xatirəsi ucalığı abidəsinə əklillər və çiçəklər qoyularaq yad edilib.

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31