Ermənistanda aksiyaların başında duranlar cəmiyyət üçün kifayət qədər məlum şəxslərdir
10 May 2022 12:25 Siyasət"Ermənistanda etiraz aksiyalarını təşkil edənlər, aksiyaların başında duranlar Ermənistan cəmiyyəti üçün kifayət qədər məlum şəxslərdir. Onlar əvvəllər hakimiyyətdə olublar və məqsədləri bəllidir". "Olaylar"ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.Nazirin sözlərinə əsasən, həmin şəxslər uzun illər erməni xalqına vədlər verib, onları illüziyalarla aldadıblar: "Ermənistandakı mitinqlər hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir. Bəziləri Qarabağ mövzusunu gündəmə gətirmək istəyirlər. Biz bu prosesləri izləyirik. Orada geniş ictimai dəstəkdən söhbət getmir, ən böyük halda beş-altı min adam belə yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31