DTX-dan Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.

Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:

"Müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirik".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31