“Krım körpüsü” Ukrayna silahlı qüvvələrinin hədəfində

Latviya milli silahlı qüvvələrinin nümayəndəsi, kapiatn Yanis Slaydinış bildirib ki, Ukrayna Silahlı qüvvələri mayın 9-da Krım körpüsünə zərbə endirə bilər. Onun fikrincə Qərb tərəfindən verilən yeni silahların hesabına Ukrayna artıq bu imkanlara sahibdir. Amma Rusiya hərbi dairələri hələ də hesab edirlər ki, körpüyə zərbə endirmək mümkün deyil. İndi Krım körpüsü adlandırılan körpü Rusiyada bu vaxta qədər tkilən körpülərdən ən uzunudur və uzunluğu 19 km-ə çatır. Moskva Krımı ilhaq etdikdən sonra körpünün tikintisinə başlamış və 2018-ci ildə istifadəyə vermişdir. Avtomobil və dəmiryolu xətlərindən ibarətdir. Ukrayna tərəfi körpünün inşasını öz ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

Mütəxəssislərin fikrincə körpünün dağıdılması Ukraynanın döyüş ruhunun qaldırılmasına xidmət edərdi. Aprelin sonunda Ukrayna milli təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Ukrayna ordusu bacarsaydı Krım körpüsünü patladardı. Bu imkan bizdə olan kimi biz mütləq istifadə edəcəyik.

Deyəsən ukraynalılar Krım körpüsünə zərbə endirmək imkanı əldə ediblər, qalıb bu imkandan istifadə etmək.Ukrayna prezidenti ofisinin başçısı Aleksey Arestoviç Krım körpüsünə zərbə endirməyin çətinliyini onun Rusiya tərəfindən ciddi mühafizə olunması və əllərində olan silahların körpüyə çata bilməməsi ilə əlaqələndirmişdi: "Biz körpünü iki yolla dağıda bilərik-aviasiya və Toçka-U raket ilə. Aviasiya ora gedə bilmir, raketi isə körpüyə çatmır." Onun sözlərinə görə körpünü hərbi müdaxiləyə qarşı ciddi müdafiə qaydaların uyğun olaraq inşa etmişlər, eyni zamanda bir neçə zenit-raket briqadası və hərbi gəmilər gecə-gündüz davamlı onu qoruyur.

Krımdan olan deputat Olqa Kovitidi də aprel ayında Krım körpüsü haqqında danışarkən onu dünyada ən "ciddi mühafizə olunan körpü" adlandırmışdı.

Rusiyada nə qədər ciddi -cəhdlə körpüyə müdaxilə etmənin mümkün olmadığını sübut etməyə çalışsalar da, yaxın günlərdə körpüyə zərbə endirilməsi artıq real görünür. Bəlkə Latviyalı hərbçinin xəbərdarlığından sonra ruslar bu məsələyə daha ciddi yanaşacaqlar. Çünki onların əvvəllər də mümkün hesab etmədikləri hadisələr artıq baş vermişdir və bəlkə də hər gün baş verir. Rusiya hərbi gəmilərinin flaqmanı hesab olunan " Moskva" kreyseri, "Admiral Makarov" freqatı bunamisaldır. Krım körpüsünün zədələnməsi Rusiya üçün çox ciddi zərbə hesab oluna, hətta müharibənin  dönüş nöqtəsinə çevrilə bilərdi.

Ukrayna hərbçilərinin körpüyə zərbə endirmək haqqında düşündüklərini onların bu barədə susmaları da sübut edir. Əgər əvvəllər onlar Krım körpüsünə zərbə endirməyin mümkünsüzlüyü barədə danışırdılarsa, indi susurlar. Çünki Rusiyanı duyuq salmaqda maraqlı deyillər. Onlar körpünü dağıtsalar belə səssiz dağıdacaqlar. 

9 may Rusiya-Ukrayna cəbhəsində bizə bir sıra sürprizlər hazırlayır. Bu sürprizlərin nədən ibarət olacağını proqnozlaşdırmaq olduqca çətindir. Krım körpüsü məsələsini indi qabardılması Ukrayna hərbçilərini taktiki manevri də ola bilər. Onlar Rusların diqqətini körpüyə cəlb edir, digər daha ciddi hədəfləri sıradan çıxarır. Hər halda 9 may çox da uzaqda deyil. Bu Ukraynanın Rusiya üzərində qələbəsinin başlanğıcı kim tarixə düşə biləcəkmi?

Əlimusa İbrahimov.

Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31