“Düşmən ölkə də olsa Ermənistanda sabitliyin tərəfdarıyıq”- Vüqar İskəndərov

"Ermənistanda son günlər  özünü müxtəlif adlandıran revanşistlər, keçmiş qatillər, cinayətkarlar siyasi don geyinərək hakimiyyətin ələ alınması prosesinə start veriblər. Onu qeyd etmək lazımdır ki, bu günə kimi, biz Ermənistandan professional  əməli iş görməmişik."

Bunu Olaylar.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov söyləyib. Onun sözlərinə görə, əslində Azərbaycanın təklif etdiyi 5 prinsiplər Ermənistanın baş naziri tərəfindən və hərbi-siyasi rəhbərliyi tərəfindən qəbul edilib. Brüssel görüşündə baş nazir Nikol Paşinyan bunu təsdiq edib.

" Sonradan iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqları baş verib. Artıq hiss olunurdu ki,  bütün məsələlər əməli fəaliyyətə keçəcək və Ermənistan anlayacaq ki, ölkənin gələcəyini düşünürlərsə Azərbaycanın təklif etdiyi prinsiplər qəbul edilməli və bölgəyə uzunmüddətli sülh gəlməlidir. Qeyd etdiyimiz radikal qüvvələr hazırda Ermənistanın digər qüvvələrin dəstəyi, təhriki ilə mitinqlərə başlayıblar. Artıq dövlət çevrilişinə cəhd bəyanatları səsləndirilir. Onlar hətta Paşinyanın fiziki varlığını götürmək planını danışırdılar. Bunlar təbii ki, hər biri Ermənistan dövləti üçün arzuolunmazdır.  Biz dəfələrlə bunun şahidi olmuşuq ki, Ermənistanda Paşinyanı terrorla öldürə bilərlər. Hakimiyyəti ələ alınması üçün bütün neqativ hərəkətləri icra edə bilərlər. Burada Köçəryan, Sarkisyan, Ohanyan qatillər birləşərək ən birinci özlərinin cinayətlərinin ört - basdır etmək istəyirlər. Çünki bilirlər ki, Paşinyan hakimiyyəti möhkəmləndikcə onların hər birini həbs gözləyir. Çünki bu insanlar hakimiyyətdə olanda yalnız korrupsiya ilə, rüşvətxorluqla,  ölkənin pullarını talamaqla xaricdən gələn ianələri dağıtmaqla məşğul olublar. Bunu erməni cəmiyyəti yaxşı bilir . Ona görə də müharibədən sonrakı dövrdə dünyada ilk dəfə olaraq məğlub olaraq hakimiyyətdə onları saxlamağa üstünlük verdi. Bu onu deməyə əsas verir ki, onlar Paşinyan və onun komandasına  səs yox,  yalnız  cinayətkarların hakimiyyətə gəlməməsi üçün atılan addım idi. Hazırda digər qüvvələrin dəstəyi, təhriki ilə baş verən bu hadisələr Azərbaycan tərəfindən izlənilər, analiz olunur. Biz onu deyə bilərik ki, əslinə qalsa bu gün Ermənistanda baş verən hadisələr onu göstərir ki, bəzi qüvvələr hələ də Ermənistan-Azərbaycanla , Ermənistan-Türkiyə ilə yaratmaq istədiyu münasibətlərə əngəl törətməyə çalışırlar. Bunun üçün bütün imkanlardan istifadə etmək istəyirlər. Mitinqlərin davam etməsi və əvvəlki mitinqlərlə müqayisədə artıq insanların sayının artması mənfi tendensiyadan xəbər verir. Bu gün hətta düşmən ölkə də olsa Ermənistanda sabitliyin tərəfdarıyıq. Çünki bu Cənubi Qafqaz bölgəsinə Azərbaycan-Ermənistan arasındakı münasibətlərin  məcrasına düşməsi üçün Ermənistanın da sabitliyi lazımdır. Hazırda hakimiyyətdə olan qüvvələr rasional düşünsünlər. Düzgün siyasət həyata keçirsinlər ki, münasiblərin düzəlməsi üçün əməli fəaliyyətə başlasınlar".

Mehriban Xəlill

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31