Bakıda Ümummilli lider Heydər Əliyev anılıb
6 May 2022 15:18 SiyasətYeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə mayın 6-da Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən "Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük zəfərə doğru" mövzusunda konfrans keçirilib. "Olaylar" xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün bərpası zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edənlər müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi siyasət barədə danışıb və öz xatirələrini bölüşüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31