"Münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqik"
6 May 2022 13:21 SiyasətRusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqdir.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev brifinq zamanı deyib.
"Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, ilk növbədə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının bütün müddəalarının reallaşdırılması, o cümlədən İrəvanla Bakı arasında sülh sazişinin imzalanması yolu ilə normallaşmaya fəal kömək göstərilməsinə sadiqik", - deyə A.Zaytsev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31