Hara baxırdın? Niyə ağsaqqal kimi məsləhətlərini vermirdin?
6 May 2022 13:15 Siyasət"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin daxilində baş verən siyasi proseslərdən nə qədər uzaq durmağa çalışsa da, hər zaman buna nail ola bilmir. Əvvəllər də bildirdiyinə görə ölkənin uçuruma yuvarlandığını o sakitcə müşahidə etmək eks prezidentə ağır gəlir. Ona görə də vaxtaşırı, təhlükə hiss edəndə qələmə sarılır". "Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Ermənistan növbəti dəfə yenə də uçuruma gedir deyəsən. Çünki Ter-Petrosyan dünən erməni saytında son günlər ölkədə baş verən daxili-siyasi hadisələrə həsr etdiyi məqalə ilə çıxış edib. Onun yazısını erməni müxalifətinin başına tökülən soyuq su kimi dəyərləndirmək olar: "Məqaləsində indi müxalifətin iddia etdiyi kimi Ermənistanın bu günkü acınacaqlı vəziyyətə düşməsində təkcə Nikol Paşinyanı günahlandırmır. Onun gəldiyi qənaətə görə Nikol Paşinyanla bərabər Robert Köçəryan və Serj Sarqsyan da günahkardır. "Paşinyanın yerində Robert Köçəryan, Serj Sarqsyan, İşxan Saqatelyan da olsaydı Ermənistanın məcbur edildiyi şərtləri səs çıxarmadan qəbul edəcəkdilər. Problem Ermənistan liderinin şəxsiyyəti ilə bağlı deyil. Əgər müxalifətdəkilər bu sadə həqiqəti başa düşməsələr və daxili çəkişmələr davamedərsə bizə tətbiq olunan əziyyət daha da ağrılı olacaq. Sual yaranır: müxalifət liderləri bunu dərk edirlərmi? Əgər dərk etmirlərsə siyasətdən heç nə başa düşmürlər. Yox əgər dərk edir və məqsədyönlü şəkildə daxili qarşıdurmanı gücləndirirlərsə, onda milli maraqlarla əlaqəsi olmayan məqsədlərə qulluq edirlər". Biz də elə burada oturub Ermənistan müxalifətinin öz xalqını uçuruma apardığını görür və xəbərdarlıq edirik. Onları başa salmağa çalışırıq ki, rahat yaşamaq istəyirsinizsə buraxın bu Köçəryan və Sarqsyanın ətəyini. Onardan 30 il sizə xeyir gəlməyib və bundan sonra da gəlməyəcək. Keçmiş prezidenti Ermənistanın taleyi daha çox düşündürür nəinki, öz maraqları. Çünki hayı gedib, vayı qalıb. İtirəcəyi 50 sm-lik trupkasından başqa bir şeyi də yoxdur. Yenidən hakimiyyətə yaxın buraxılmayacağını da çox gözəl bilir. Məqalə vasitəsi ilə Levon Ter-Petrosyan növbəti dəfə ermənilərin gözünü açmağa çalışır. Başa salmağa cəhd edir ki, Köçəryan, Sarqsyan, Saqatelyan və Vanesyanı millətin mənafey düşündürmür. Onları yalnız öz siyasi karyeraları, hakimiyyətdə olduqları vaxt topladıqları var dövlət maraqlandırır. Bu məqalə ilə Levon Ter-Petrosyan həm də öz vəzifəsini yerinə yetirir. Çünki sabah ondan da soruşacaqlar ki, Ermənistan uçuruma gedəndə sən hara baxırdın? Niyə ağsaqqal kimi məsləhətlərini vermirdin?