Polşa, Estoniya, Latviya və Litva Ukrayna ilə Rusiyaya qarşı birləşdi - Rəsmi BƏYANAT

İmzalanma mərasimi Ukraynanın paytaxtı Kiyevin Qostomel bölgəsindəki Antonov hava limanında keçirilib.

Mərasimdə Ukraynanın daxili işlər naziri Denis Monastirski, Polşanın daxili işlər naziri Mariuş Kaminski, Estoniyanın daxili işlər naziri Kristian Yaan, Litvanın daxili işlər naziri Aqne Bilotaite və Latviyanın daxili işlər naziri Mariya Qolubeva iştirak ediblər.

Monastirski imzaladıqları bəyannamənin əhəmiyyətinə işarə edərək, "Bu bəyannamədə rus əsgərlərinin törətdiyi hərbi cinayətlərin araşdırılması, minaların təmizlənməsi, xaricdəki ukraynalı mühacirlərin müdafiəsi, yaralı əsgərlərin müalicəsi kimi mövzular var" deyib.

Polşa daxili işlər naziri Kaminski də Ukrayna xalqını dəstəklədiklərini ifadə edib: "Rus hücumlarının əvvəlindən Ukraynanın yanındayıq və qələbəyə qədər Kiyevin yanında olacağıq".

Ukraynanın demokratiya və azadlıq uğrunda mübarizə apardığını vurğulayan Latviyanın daxili işlər naziri Qolubeva Ukrayna xalqına dəstəyini davam etdirəcəklərini bildirib.

Mərasimdən sonra Antonov hava limanında döyüşlərdə iştirak edən əsgərlər mükafatlandırılıb.
 

manset.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31